RƏSMİ

13 Mart

Pərviz Şahbazov: Qaz ixracında artım davam edir

Finss.az - Bu ilin yanvar-fevral ayları ərzində Azərbaycandan Avropa, Türkiyə və Gürcüstana ixrac olunan qazın həcmi açıqlanıb.

Azərbaycanın energetika naziri Pərviz Şahbazov bu barədə sosial media hesabında məlumat verib.

Nazirin sözlərinə görə, bu dövr ərzində Azərbaycandan Avropaya təxminən 1.9 milyard kubmetr, Türkiyəyə 1.4 milyard kubmetr, Gürcüstana isə 0.5 milyard kubmetr qaz ixrac edilib. Həmçinin, TANAP (Trans-Anadolu Qaz Boru Kəməri) vasitəsilə Türkiyəyə 0.9 milyard kubmetr qaz nəql edilib.