Finss.az - Baş nazir Əli Əsədov, elektrik mühərriki ilə hərəkətə gətirilən yük avtomobillərinin idxalına dair yeni qərar imzalayıb.
Bu qərara əsasən, zavod buraxılış tarixindən 3 ilədək ötmüş yük avtomobillərinə tətbiq olunan gömrük rüsumu 0% olaraq təyin edilib. Mövcudda isə bu rüsum dərəcəsi 5%-dir.
Qərarın qəbul edilməsi ilə ekoloji cəhətdən təmiz və təhlükəsiz nəqliyyat vasitələrinin istifadəsi təşviq olunur. Elektrik mühərrikli yük avtomobillərinin idxalı 01.01.2028 tarixinədək gömrük rüsumundan azad ediləcək. Bu addım, həmçinin ətraf mühitin qorunması, enerji səmərəliliyi və bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi məqsədini güdür.
Hökumət, bu tədbirlə enerji sərfiyyatını azaldaraq ekoloji təmiz nəqliyyat vasitələrinin daha geniş yayılmasını planlaşdırır.