Finss.az - 2025-ci ilin I rübü üçün dərc edilən Dünya Pasport İndeksində Azərbaycan 70-ci yerdə qərarlaşıb və Azərbaycan vətəndaşları 72 ölkəyə vizasız səfər edə bilərlər. Gürcüstan və Moldova isə 44-cü yeri bölüşüb, hər ikisi 122 vizasız istiqamətə sahibdir. Ermənistan isə 74-cü yerdə mövqeyini qoruyub, 68 vizasız istiqamətə malikdir.
Sinqapur bu il ən güclü pasport olaraq birinci yeri tutub, vətəndaşları 195 ölkəyə vizasız və ya viza ilə səyahət edə bilirlər. İkinci yeri Yaponiya, üçüncü isə Finlandiya, Fransa, İtaliya, Almaniya, Cənubi Koreya və İspaniya bölüşüb.
Türkiyə və Rusiya 46-cı yeri tutublar. Bu reytinq Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) rəsmi məlumatlarına əsaslanır.