RƏSMİ

08 Yanvar

Prezident: Azərbaycan, Avropaya enerji dəstəyini artıracaq

Finss.az - Prezident İlham Əliyev yanvarın 7-də yerli televiziya kanallarına verdiyi müsahibəsində Avropaya qaz təchizatının artırılması ilə bağlı Azərbaycana olan kömək çağırışına dair önəmli açıqlamalar verib. 2022-ci ildə Rusiya-Ukrayna müharibəsinin Avropada qaz təchizatında yaratdığı problemlər zamanı Avropa Komissiyası Azərbaycana müraciət edib və Avropa ölkələrinə qaz təchizatını iki dəfə artırmaq barədə anlaşma əldə olunub. O dövrdə Avropaya qaz ixracı 7 milyard kubmetr idi.

Prezident Əliyev bildirib ki, bu çağırışdan sonra Azərbaycan sərmayə yatırmağa və qaz təchizatını artırmağa başladıq. Bu müddət ərzində qaz ixracını artırmaqla yanaşı, Azərbaycan qazını alan Avropa ölkələrinin sayı 10-a yüksəlib, ümumilikdə isə 12 ölkə qaz alır, bunlardan səkkizi Avropa İttifaqı üzvüdür. Hazırda bu ölkələrdən bir çoxu daxili qaz ehtiyaclarının təxminən yarısını Azərbaycan qazı ilə təmin edir.

Azərbaycanın qaz ehtiyatlarının artdığını və bu ehtiyatların yeni kəşf edilən yataqlarla daha da artırılacağını vurğulayan Prezident, xüsusilə “Dərin Qaz” layihəsindən gələn ilk qazın əlavə bir töhfə olacağına diqqət çəkib. Eyni zamanda, “Şahdəniz” və “Abşeron” yataqlarında qaz hasilatının artırılması planları da mövcuddur.

Prezident həmçinin, Avropada qaz təchizatının artırılmasının qarşısında sərmayə məsələləri ilə bağlı çətinliklər olduğunu qeyd edib. Avropa banklarının ənənəvi enerji layihələrini maliyyələşdirməməsi və digər məsələlərə işarə edən Prezident, Avropa İttifaqının daha çox qaz istəyirsə, öz vəzifələrini yerinə yetirməsi lazım olduğunu vurğulayıb. Beləliklə, Azərbaycanın Avropaya qaz təchizatı məsələsindəki mövqeyi və gələcək planları genişlənərək inkişaf etməyə davam edir.