Finss.az - Prezident İlham Əliyev yerli televiziya kanallarına verdiyi müsahibədə bildirib ki, Azərbaycanın valyuta ehtiyatları xarici borcu 14 dəfə üstələyir.
Dövlət başçısı qeyd edib ki, ölkənin xarici borcu ÜDM-in cəmi 7.2 faizini təşkil edir və bu göstərici Azərbaycanı dünyada lider ölkələr sırasına daxil edir.
Prezident vurğulayıb ki, 72 milyard dollarlıq valyuta ehtiyatı və xarici borcun aşağı səviyyəsi ölkə iqtisadiyyatının dayanıqlığını sübut edir. O əlavə edib ki, hökumət xarici borcun idarə edilməsində yeni maliyyə resurslarının cəlb olunmasını məqsədəuyğun hesab edir.