Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yeni "Turizm və Rekreasiya Zonalarının İdarə Edilməsi və İnkişafı Mərkəzi"nin yaradılması haqqında Fərman imzalayıb.
Finss.az xəbər verir ki, Fərmana əsasən, bu mərkəz Dövlət Turizm Agentliyinin tabeliyində publik hüquqi şəxs kimi fəaliyyət göstərəcək və turizm zonalarının idarə edilməsi və inkişaf etdirilməsi ilə məşğul olacaq.
Mərkəzin fəaliyyətinə 5 üzvdən ibarət Müşahidə Şurası rəhbərlik edəcək və icraçı direktor cari rəhbərliyi həyata keçirəcək. Mərkəzin maliyyələşdirilməsi onun gəlirləri, ianələr, qrantlar və digər qanuni mənbələr hesabına təmin ediləcək.
Nazirlər Kabineti və Dövlət Turizm Agentliyinə mərkəzin nizamnaməsinin təsdiqi və təşkilati məsələlərin həlli tapşırılıb.