RƏSMİ

25 İyul

Prezidentin SƏRƏNCAMLARI

Azərbaycanda 14 yaşdan yuxarı şəxslərə kiçik elektrik nəqliyyat vasitəsini idarə etməyə icazə verilib. İyulun 24-də bununla bağlı Prezident İlham Əliyev “Yol hərəkəti haqqında” qanuna dəyişikliyi təsdiqləyib.

* * *

Velosiped yollarında hərəkət edəcək nəqliyyat vasitələrinin sürücüləri 100 manat cərimə ediləcək. İyulun 24-də bununla bağlı Prezident İlham Əliyev İnzibati Xətalar Məcəlləsinə dəyişikliyi təsdiqləyib.

* * *

Nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə cərimələr artırılıb. İyulun 24-də bununla bağlı Prezident İlham Əliyev İnzibati Xətalar Məcəlləsinə dəyişikliyi təsdiqləyib.

* * *

Velosipedini parklanma yerindən kənarda saxlayanlar cərimələnəcək. İyulun 24-də bununla bağlı Prezident İlham Əliyev İnzibati Xətalar Məcəlləsinə dəyişikliyi təsdiqləyib.

* * *

Enerji doldurulması üçün müəyyən edilmiş parklanma yerlərində qanunsuz dayanan avtomobillər cərimələnəcək. İyulun 24-də bununla bağlı Prezident İlham Əliyev İnzibati Xətalar Məcəlləsinə dəyişikliyi təsdiqləyib.

* * *

Parklanma zamanı digər nəqliyyat vasitələrinin hərəkətinə maneə yaradanlar cərimələnəcək. İyulun 24-də bununla bağlı Prezident İlham Əliyev İnzibati Xətalar Məcəlləsinə dəyişikliyi təsdiqləyib.