RƏSMİ

24 İyul

Baş nazir yeni qərarlar imzaladı - YENİLƏNİB

Nazirlər Kabineti “Dəmiryol nəqliyyatı ilə sərnişinlərin, baqajın və yük-baqajın daşınması Qaydaları”nı təsdiqləyib. İyulun 24-də bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

* * *

Nazirlər Kabineti 19 yanvar 2001-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisinə gətirilən aksizli malların aksiz dərəcələri”ndə dəyişiklik edib. İyulun 2024-də bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

* * *

Aksiz dərəcəsi ölkəyə gətirilən tərkibində tütün olan siqarillalar və tərkibində tütün əvəzləyicisi olan siqarillalar üçün 1000 ədəd üçün 43 manatdan 45,5 manata qaldırılıb. bu, Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının ərazisinə gətirilən aksizli malların aksiz dərəcələri”ndə etdiyi dəyişiklikdə əksini tapıb.

* * *

Aksiz dərəcəsi ölkəyə gətirilən alışdırılmadan nəfəsə çəkilmək üçün nəzərdə tutulmuş tərkibində tütün və ya bərpa edilmiş tütün olan məhsulları, 1000 ədəd üçün 14 manatdan 16 manata qaldırılıb. Bu, Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının ərazisinə gətirilən aksizli malların aksiz dərəcələri”ndə etdiyi dəyişiklikdə əksini tapıb.