RƏSMİ

24 İyul

Prezidentin SƏRƏNCAMLARI - YENİLƏNİB

Azərbaycanda 14 yaşdan yuxarı şəxslərə kiçik elektrik nəqliyyat vasitəsini idarə etməyə icazə verilib. İyulun 24-də bununla bağlı Prezident İlham Əliyev “Yol hərəkəti haqqında” qanuna dəyişikliyi təsdiqləyib.

* * *

Azərbaycanda parklanma qaydalarının pozulmasına görə cərimələr artırılıb. İyulun 24-də bununla bağlı Prezident İlham Əliyev İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliyi təsdiqləyib.

* * *

İriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrin normadan artıq yüklənməsinə görə cərimələr artırılıb. İyulun 24-də bununla bağlı Prezident İlham Əliyev İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliyi təsdiqləyib.

* * *

Prezident İlham Əliyev Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Qanunu imzalayıb.

* * *

Prezident İlham Əliyev “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanunu imzalayıb.

* * *

Bakı metrosunun Müşahidə Şurasının tərkibi dəyişib. İyulun 24-də bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

* * *

İyulun 24-də Prezident İlham Əliyev xidməti vəzifələrini yerinə yetirərkən fərqləndiyinə görə general-leytenant Niyazi Xanbaba oğlu Hacıyev “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilməsiylə bağlı sərəncam imzalayıb. Sərəncam imzalandığı gündən qüvvəyə minir.

* * *

İyulun 23-də Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurası haqqında Əsasnamə”yə dəyişikliyi təsdiqləyib.

* * *

Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin Müşahidə Şurasının aşağıdakı tərkibi təsdiq edilib.

* * *

İyulun 23-də Prezident İlham Əliyev Məleykə Abbaszadənin Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri təyin edilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Məleykə Mehdi qızı Abbaszadə Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri təyin edilib.

* * *

Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə qoyulan qadağa təsdiqlənib. İyulun 23-də bununla bağlı Prezident İlham Əliyev Ailə Məcəlləsinə edilən dəyişikliyi təsdiqləyib.

* * *

Azərbaycanda 16 yaşına çatmayanlarla nişanlanan şəxslər 2 min manat cərimələnəcək, həbs olunacaq. İyulun 23-də bununla bağlı Prezident İlham Əliyev İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliyi təsdiqləyib.

* * *

Yetkinlik yaşına çatmayanların toy və nişan mərasimlərini keçirənlər 13 min manatadək cərimələnəcək. İyulun 23-də bununla bağlı Prezident İlham Əliyev İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliyi təsdiqləyib.

* * *

Azərbaycanda nikah yaşı üzrlü səbəblərdən də 1 il azaldılmayacaq. İyulun 23-də bununla bağlı Prezident İlham Əliyev Ailə Məcəlləsinə edilən dəyişikliyi təsdiqləyib.