RƏSMİ

23 İyul

Prezidentin SƏRƏNCAMLARI

İyulun 22-də Prezident İlham Əliyev “Azərbaycan Respublikası ilə Bolqarıstan Respublikası arasında ticarət-iqtisadi və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilməsi haqqında” sərəncamda dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.

* * *

İyulun 22-də Prezident İlham Əliyev Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında mədəni əlaqələrin inkişafında xidmətlərinə görə Fərrux Kərimoviç Zakirova “Xalq artisti” fəxri adının verilməsi haqqında sərəncam imzalayıb.

* * *

İyulun 22-də Prezident İlham Əliyev “ASAN Viza” sistemi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Fərman imzalayıb.