RƏSMİ

19 İyul

Deputatlığa namizədliyi qeydə alınanların sayı açıqlandı

806 nəfərin deputatlığa namizədliyi irəli sürülüb.

Fins.az-ın xəbərinə görə, bu barədə Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bildirib

O qeyd edib ki, deputatlığa namizədliyi irəli sürülən 532 nəfərin namizədliyi təsdiqlənib, onlardan 451 nəfərə imza vərəqi verilib:

"31 nəfər imza vərəqələrini dolduraraq namizədliyin qeydə alınması üçün geri qaytarıb. Dörd nəfərin namizədliyi qeydə alınıb".

Qeyd edək ki, Prezident İlham Əliyev iyunun 28-də VI çağırış Milli Məclisin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamla altıncı çağırış Milli Məclis buraxılıb və sentyabrın 1-nə növbədənkənar seçkilər təyin edilib.