RƏSMİ

19 İyul

Velosiped yollarından digər nəqliyyat vasitələrinin qanunsuz istifadəsinə görə inzibati tənbeh tədbiri müəyyən edilib

Avtobus zolaqlarından və velosiped yollarından digər nəqliyyat vasitələrinin qanunsuz istifadə etməsinə görə inzibati tənbeh tədbiri müəyyən edilir.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən Fins.az-a verilən məlumata görə, bu inzibati xətaların hər biri 100 manat məbləğində cərimə və  əlavə olaraq 2 balla qiymətləndirilir.

Həmçinin ilk dəfə olaraq ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanacaq meydançası və ya ictimai nəqliyyatın dayanacaq yeri yol nişanlarından 15 metrdən az yaxınlıqda digər nəqliyyat vasitələrinin dayanması və ya durması ilə əlaqədar bal tətbiq olunur.

Piyada təhlükəsizliyi və rahatlığının artırılması, mikromobillik vasitələrinin maneəsiz hərəkətinin təmin edilməsi məqsədilə ilk dəfə olaraq nəqliyyat vasitələrinin səkilərdə dayanmasına və ya durmasına görə altmış manat cərimə və 2 bal inzibati tənbeh tədbiri müəyyən edilir.

Fuad Mədətov
Fins.az