Növbədənkənar parlament seçkiləri ilə əlaqədar 128 müşahidəçi qeydə alınıb.
Fins.az-ın xəbərinə görə, bu barədə Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov məlumat verib.
Onun sözlərinə görə, indiyə qədər 128 müşahidəçi qeydə alınıb.
"Onlardan 125-i Yeni Azərbaycan Partiyasının müşahidəçiləridir, 3 nəfər isə öz təşəbbüsü ilə müşahidəçi kimi qeydiyyatdan keçiblər".