RƏSMİ

08 İyul

Prezident İlham Əliyev Əmək və Mülki Məcəllə ilə bağlı fərman imzaladı

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Əmək Məcəlləsində və Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanunun tətbiqi və “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” fərmanda dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

Fins.az xəbər verir ki, fərmana əsasən, müəyyən edilib ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 47.2-ci maddəsinin üçüncü cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir.

Həmin Məcəllənin 47.2-ci maddəsinin üçüncü cümləsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Prezidenti və Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur.

Nazirlər Kabineti “Azərbaycan Respublikasının Əmək Məcəlləsində və Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 21 may tarixli 1156-VIQD nömrəli Qanunundan irəli gələn məsələləri həll etməlidir.

“Azərbaycan Respublikasının Mülki Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin fərmanında aşağıdakı dəyişikliklər edilib:

"3.1. 3.1-ci bənddə “139.4-cü (üçüncü cümlədə)” sözləri “47.2-ci və 139.4-cü maddələrinin üçüncü cümlələrində” sözləri ilə əvəz edilsin;

3.2. aşağıdakı məzmunda 3.1-1-ci bənd əlavə edilsin:

“3.1-1. həmin Məcəllənin 47.2-ci maddəsinin üçüncü cümləsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Prezidenti və Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;”.