RƏSMİ

08 İyul

Prezident İlham Əliyev ARDNF-in 2024-cü il büdcəsinə dəyişiklikləri təsdiqləyib

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2024-cü il büdcəsi haqqında” fərmanda dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Fins.az xəbər verir ki, fərmana əsasən, Fondun büdcə gəlirləri üzrə proqnoz 12 milyard 73 milyon 255,5 min manatdan 14 milyard 109 milyon 215,6 min manata, büdcə xərcləri üzrə proqnoz isə 12 milyard 900 milyon 232,5 min manatdan 12 milyard 904 milyon 943,3 min manata dəyişdirilib.

Dövlət Neft Fondu bu fərmandan irəli gələn məsələləri həll etməlidir.