RƏSMİ

25 İyun

Azərbaycanda dəfinələrin hərracda satılması barədə təlimat təsdiqlənib

İqtisadiyyat Nazirliyinin Kollegiyası “Müsadirə edilmiş, sahibsiz qalmış, vərəsəlik hüququ əsasında dövlət mülkiyyətinə keçən əmlakın və dəfinələrin hərraca çıxarılması və hərracda satılması barədə Təlimat”ı təsdiq edib.

Fins.az xəbər verir ki, bununla bağlı nazir Mikayıl Cabbarov yeni qərar imzalayıb.

Əvəzində keçmiş İqtisadi İnkişaf Nazirliyinin 28 mart 2003-cü il tarixli əmri ilə təsdiq edilmiş və Ədliyyə Nazirliyinin 3 iyun 2003-cü il tarixli şəhadətnaməsi ilə dövlət qeydiyyatına alınmış “Müsadirə edilmiş, sahibsiz qalmış, vərəsəlik hüququ əsasında dövlət mülkiyyətinə keçən əmlakın hərraca çıxarılması və hərracda satılması barədə Təlimat” ləğv edilib.

Nazirliyin Hüquq şöbəsinin müdiri Tural İsgəndərova tapşırılsın ki, bu Qərarın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi məqsədilə 3 gün müddətində Ədliyyə Nazirliyinə göndərilməsi üçün zəruri tədbirlərin görsün.

Fuad Mədətov
Fins.az