Dövlət Sosial Müdafiə Fondunun 2024-cü il büdcəsi artırılır.
Fins.az xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən “Dövlət sosial müdafiə fondunun 2024-cü il büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklikdə qeyd olunub.
Dəyişikliyə əsasən, Fondun büdcəsi 6 919 860 000,0 manatdan 6 949 860 000,0 manata qədər artırılır. Həmçinin, fondun məcburi dövlət sosial sığorta haqları üzrə gəlirləri 5 288 135 400,0 manatdan 5 478 135 400,0 manata, qeyri-büdcə sektoru üzrə 3 387 100 000,0 manatdan 3 577 100 000,0 manata artırılır.
Dövlət sosial müdafiə fondunun büdcəsinin balanslaşdırılması məqsədilə dövlət büdcəsinin öhdəliklərinin maliyyələşdirilməsi üçün dövlət büdcəsindən ayrılan vəsait isə 1 392 000 000,0 manatdan 1 232 000 000,0 manata qədər azaldılır.
Müzakirələrdən sonra dəyişikliklər səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.