Prezident İlham Əliyev “Dövlət büdcəsindən ayrılmış vəsait hesabına işlərin və xidmətlərin göstərilməsinə görə əlavə dəyər vergisindən azad olunan publik hüquqi şəxslərin siyahısı”nda dəyişiklik edilməsi barədə fərman imzalayıb.
Fins.az xəbər verir ki, siyahıda aşağıdakı dəyişikliklər edilib:
“40-1. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində “Su və Meliorasiya Elmi Tədqiqat İnstitutu”
40-2. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində “Regional Su Meliorasiya Xidməti”
40-3. Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi”;
1.2. 47-ci hissənin sonundan nöqtə işarəsi çıxarılsın və aşağıdakı məzmunda 48-ci hissə əlavə edilsin:
“48. Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti.”.
Bu fərman 2024-cü il yanvarın 1-dən tətbiq edilir.