Mingəçevir şəhəri N. Nərimanov küçəsində abonentin qaz xəttinin mövcud şəbəkəyə qoşulması ilə əlaqədar Mingəçevir şəhərində Ş.İ.Xətai, N.Nərimanov, A.Məmmədov, N.Gəncəvi küçələrində və H.Əliyev (2100 abonent) prospektində oktyabrın 22-də saat 10:00-dan işlər yekunlaşanadək "Mingəçevir 1 xətt" ölçü qovşağının üzərində quraşdırılmış kollektordan qaz təchizatının daxildən dayandırılması planlaşdırılır.
Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.
Həmçinin Ağcabədi şəhəri N.Nərimanov küçəsində qeyri-yaşayış sahəsinin qarşısından keçən d-89 mm-lik qaz xəttinin şəbəkəyə qoşulması məqsədilə oktyabrın 23-də həmin ərazinin (N.Nərimanov, Ş.Qurbanov, E.Sadiqov, M.Hüseynzadə, Ə.Süleymanov, S.Vurğun, İ.Məlikzadə, Babək, Z.Adıgözəlov küçələri - 1920 abonent) qaz təchizatının daxildən dayandırilacaq.