21 Oktyabr

Lavrov və Rubionun görüşü təxirə salındı

Rusiyanın xarici işlər naziri Sergey Lavrov və ABŞ-nin dövlət katibi Marko Rubio arasında bu həftə gözlənilən görüş təxirə salınıb.

 

Sfera.az xəbər verir ki, bu barədə Ağ Evin sözçüsünə istinadən CNN telekanalı məlumat yayıb.

 

"Ağ Evin sözçüsü CNN-ə bildirib ki, Rubionun rusiyalı həmkarı Sergey Lavrov ilə gözlənilən görüşü hələlik təxirə salınıb", - məlumatda deyilir.

 

Təxirə salınmanın səbəbləri hələ məlum deyil. Telekanalın mənbəsinin sözlərinə görə, Lavrov və Rubionun Rusiya-Ukrayna münaqişəsinin həlli ilə bağlı fikirləri fərqlidir.