“Xiaomi”nin əsas markası olan “Redmi”, “Pro Max” adını daşıyan ilk modelini təqdim etməyə hazırlaşır. Şirkət “Redmi K90 Pro Max” modelinin 23 oktyabrda rəsmi olaraq təqdim ediləcəyini açıqlayıb.
Sfera.az xarici mediaya istinadən xəbər verir ki, yeni modelin paylaşılan rəsmi görüntüləri cihazın premium seqmentə yönəldiyini göstərir. Şəkillərdə böyük düzbucaqlı kamera modulu, periskop telefoto linza sistemi diqqət çəkir. Bu xüsusiyyətlər “K90 Pro Max” modelinin həm dizayn, həm də texnoloji baxımdan daha yüksək səviyyəyə keçdiyini göstərir.
Smartfonun düz ekran dizaynı, incə çərçivələri və demək olar ki, görünməz “selfie” kamera dəliyi cihazın müasir görünüşünü tamamlayır. Hələlik “Redmi” cihazın prosessoru barədə rəsmi məlumat açıqlamayıb, lakin texnologiya analitikləri “Snapdragon 8 Elite Gen 5” çipinin istifadəsini ehtimal edirlər.
Ekspertlərə görə, “Redmi K90 Pro Max”, markanın indiyə qədərki ən güclü K seriyası modeli ola bilər. Bu addım “Redmi”nin artıq yalnız “qiymət-performans” strategiyasına deyil, həm də “premium keyfiyyət” istiqamətinə fokuslandığını göstərir.
Bəsti Rəfizadə
Sfera.az