20 Oktyabr

“Taxtakörpü” su anbarından meyit tapıldı

Şabranda su hövzəsindən meyit tapılıb.
 

Sfera.az xəbər verir ki, hadisə oktyabrın 18-i saat 15 radələrində Şabrandakı “Taxtakörpü” su anbarında qeydə alınıb.
 

Anbardan üzərində zorakılıq əlamətləri olmayan 30-35 yaşlı kişi meyiti tapılıb. Ölən şəxsin kimliyi məlum deyil, meyitin kimə məxsus olması dəqiqləşdirilir.
 

Faktla bağlı Şabran rayon prokurorluğunda araşdırma aparılır.