RƏSMİ

22 Dekabr

Azərbaycanda işsizliyə görə müavinət üçün sığorta stajının müddəti AZALDILIR

Azərbaycanda sığorta stajının müddəti 30 aydan 24 aya endirilir.

Fins.az-ın məlumatına görə, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “İşsizlikdən sığorta haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Bununla da Azərbaycanda 24 ay sığorta stajıolan şəxs öz iradəsindən kənar işsiz qaldıqda işsizliyə görə müavinət ala biləcək.

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.