20 Oktyabr

Goranboyda kafedə kütləvi dava - Xəsarət alanlar var

Goranboyda kafedə kütləvi dava olub.

 

Sfera.az xəbər verir ki, hadisə rayonun Tapqaraqoyunlu kəndində fəaliyyət göstərən kafelərin birində qeydə alınıb.
 

Belə ki, kənd sakini 1997-ci il təvəllüdlü E. Alışov mübahisə zəmnində 1976-cı il təvəllüdlü E. Quliyev, 1973-сü il təvəllüdlü Z. Nağıyev və 1993-cü il təvəllüdlü E. Alışova bıçaqla xəsarət yetirib.


Mübahisənin səbəbi hələ məlum deyil.

 

Faktla bağlı araşdırma aparılır. (Report.az)