20 Oktyabr

Gəncədə maşın piyadanı vurub öldürdü

Gəncədə piyadanı avtomobil vuraraq öldürüb.

 

Sfera.az xəbər verir ki, hadisə şəhər ərazisində baş verib. Hərəkətdə olan "VAZ-2106" markalı minik avtomobili yolu qarşı tərəfə keçmək istəyən qadını vurub.

 

Piyada aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb. Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

 

Faktla bağlı araşdırma aparılır.