RƏSMİ

05 Oktyabr

Ədalətli rəqabətdə təkcə sahibkarlar, dövlət deyil, ən çox istehlakçılar, sadə vətəndaşlar qazanır

Ədalətli rəqabətdə təkcə sahibkarlar, dövlət deyil, qiymətlərin aşağı düşməsindən, məhsul çeşidlərinin genişlənməsindən ən çox istehlakçılar, sadə vətəndaşlar qazanır.

Fins.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında Rəqabət Məcəlləsinin ikinci oxunuşda müzakirəsi zamanı çıxış edən iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

Nazir bildirib ki, sağlam rəqabət ölkənin iqtisadi inkişafını təmin edən əsas amillərdən biridir:

"Cənab Prezident haqsız rəqabətin bizim üçün böyük yara olduğunu xüsusi qeyd edib və bununla mübarizə aparılması barədə tapşırıqlarını verib. Rəqabətin qarşısında süni maneələrin olması bir qrup sahibkarın maraqlarına xidmət edir".

Fuad Mədətov
Fins.az