RƏSMİ

04 Avqust

Qazaxıstanla Çin arasında vizasız gediş-gəliş təsdiqlənib

Qazaxıstan Çinlə vizasız gediş-gəliş haqqında sazişi təsdiqləyib.

Fins.az xəbər verər ki, sazişə əsasən, iki ölkə vətəndaşları hər səfərdə 30 gün və 180 gün ərzində cəmi 90 gün olmaqla sərhədi vizasız keçə biləcəklər.

Saziş bu il may ayında Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Çinə səfəri zamanı imzalanıb.