RƏSMİ

23 İyun

Naxçıvanda bu il NKA-ların dövriyyəsi 3,5 dəfə artıb

Naxçıvan Muxtar Respublikasının Dövlət Vergi Xidməti tərəfindən yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində işlər davam etdirilir.

Fins.az xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin yaydığı məlumata görə, cari il iyunun 1-nə MR ərazisində 1 816 ədəd yeni nəsil NKA quraşdırılıb.

Cari ilin yanvar-may aylarında bu NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 62,6 mln. manatdan artıq, təkcə may ayında isə ilin əvvəli ilə müqayisədə 3,5 dəfə çox olub.

Fuad Mədətov
Fins.az