RƏSMİ

14 İyun

Mərkəzi Bankda Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan müsabiqə qalibləri mükafatlandırıldı

Mərkəzi Bank tərəfindən cari ilin 6 aprel - 30 may tarixlərində Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında maliyyə savadlılığının artırılması məqsədilə “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” mövzusunda təşkil edilmiş müsabiqə qaliblərinin mükafatlandırılması tədbiri keçirildi.

Fins.az xəbər verir ki, tədbirdə Ulu Öndərin xatirəsi ehtiramla yad edildi, həmçinin Mərkəzi Bankın sifarişi ilə hazırlanmış “Heydər Əliyev – Vətənə, xalqa həsr edilən ömür” adlı film nümayiş etdirildi.

Müsabiqədə uğurlu nəticələr göstərmiş tələbələrə sertifikatlar və hədiyyələr təqdim edildi.