RƏSMİ

05 İyun

Bankın Müşahidə Şurasının üzvləri Audit Komitəsinin üzvü ola bilərlər

Bankın Müşahidə Şurasının üzvləri (bankın səhmdarları istisna olmaqla) Audit Komitəsinin üzvü ola bilərlər.

Fins.az-ın xəbərinə görə, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Banklar haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Bu Qanunun məqsədləri üçün müvafiq şəxslərin məhkumluğu Mərkəzi Bankın sorğusu ilə müvafiq icra hakimiyyəti orqanının verdiyi arayış əsasında müəyyən edilir..

Bu Qanunun inzibatçıların təhsilinə və iş təcrübəsinə dair tələbləri bu Qanun qüvvəyə minənədək müvafiq vəzifəyə təyin edilmiş şəxslərə şamil edilmir