RƏSMİ

22 May

Yaşıl iqtisadiyat Azərbaycan hökumətinin əsas prioritetərindən biridir – Sahibə Qafarova

Azərbaycanın geniş enerji mənbələri Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolunu daha da artıracaq.

Fins.az-ın məlumatına görə, bunu Milli Məclisin sədri Sahibə Qafarova bu gün Bakıda “Yaşıl iqtisadiyyat, nəqliyyat əlaqələndirilməsi və dayanıqlı inkişaf vasitəsilə təhlükəsizlik və sabitliyin təşviqində milli parlamentlərin rolu” mövzusunda konfransda deyib.

S.Qafarova bildirib ki, yaşıl iqtisadiyyata keçid bir sıra problemlərin həllinə səbəb olacaq və yaşıl iqtisadiyat Azərbaycan hökumətinin əsas prioritetərindən biridir:

“Azərbaycan yaşıl enerjinin payının artması istiqamətində mühüm addımlar atır. Artıq bir neçə beynəlxalq tərəfdaşlarla birgə bu istiqamətdə müvafiq layihələr həyata keçirilməyə başlanılıb. Həmçinin Azərbaycan tərəfindən mühüm nəqliyat layihələri Azərbaycanı ən geniş nəqliyyat qovşaqlarından birinə çevirəcək”.

Hazırda Bakıda “Yaşıl iqtisadiyyat, nəqliyyat əlaqələndirilməsi və dayanıqlı inkişaf vasitəsilə təhlükəsizlik və sabitliyin təşviqində milli parlamentlərin rolu” mövzusunda konfrans keçirilir. Konfrans Milli Məclis və ATƏT Parlament Assambleyasının birgə təşkilatçılığı ilə baş tutur. Konfransda Milli Məclisin sədri Sahibə Qafarova, ATƏT PA-nın Prezidenti xanım Marqareta Sederfelt, Monteneqro Parlamentinin sədri xanım Daniyela Curoviç, ATƏT PA-nın Baş katibi Roberto Montella və digər qonaqlar iştirak edir. Konfrans çərçivəsində “Dayanıqlı inkişaf və iqtisadiyyatın bərpasında yaşıl konsepsiya və texnologiyaların rolu” və “Dayanıqlı inkişaf naminə beynəlxalq nəqliyyat və ticarətin asanlaşdırılması vasitəsilə təchizat zəncirlərinin davamlılığının gücləndirilməsi” mövzusunda panel müzakirələri keçirilir.

Fuad Mədətov
Fins.az