RƏSMİ

19 May

Elektrik enerjisi bazarı elementlərinin mərhələli tətbiqi ilə bağlı tədbirlər planı hazırlanacaq

Elektrik enerjisi bazarı elementlərinin mərhələli tətbiqi ilə bağlı tədbirlər planı hazırlanacaq.

Fins.az-ın xəbərinə görə, bu barədə Prezident İlham Əliyevin bu gün imzaladığı “Elektroenergetika haqqında” Azərbaycan Respublikasının 2023-cü il 11 aprel tarixli 858-VIQ nömrəli Qanununun tətbiqi barədə Fərmanında əksini tapıb.

Fərmanla Nazirlər Kabinetinə elektrik enerjisi bazarı elementlərinin mərhələli tətbiqi ilə bağlı tədbirlər planının layihəsini yeddi ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək tapşırılıb.