Prezident İlham Əliyev "Azərbaycan Respublikası və Tacikistan Respublikası arasında ticarət-iqtisadi əməkdaşlıq məsələləri üzrə birgə Hökumətlərarası komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 7 fevral tarixli 2667 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Sərəncam imzalayıb.
Fins.az xəbər verir ki, dəyişikliyə əsasən Komissiyanın həmsədri ekologiya və təbii sərvətlər naziri olacaq. İndiyə qədər həmsədr kənd təsərrüfatı naziri idi.