Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın xanımı Əminə Ərdoğan Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya təşəkkür edib.
Fins.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Əminə Ərdoğan tviter hesabında paylaşım edib.
"Sizin dərdiniz bizim dərdimizdir" deyən azərbaycanlı qardaşlarımızı unutmayacağıq.İlk gündən humanitar yardım təyyarələri ilə, xüsusilə də axtarış-xilasetmə qrupları ilə bizimlə olan Azərbaycana və dəyərli dostum Mehriban Əliyevaya dəstəyə görə təşəkkürümü bildirirəm", - deyə paylaşımda qeyd edilib.