Mingəçevirdə artıq güclü elektroenergetika infrastrukturu yaradılıb və yeni stansiyanın məhz orada inşa edilməsi, ilk növbədə, bu məqsədi güdür.
Fins.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Prezident İlham Əliyev müstəqillik dövrünün ən böyük İstilik Elektrik Stansiyasının təməlqoyma mərasimində bildirib.
Dövlətimizin başçısı deyib: "Ona görə biz az vəsaitlə böyük enerji potensialına malik oluruq. Eyni zamanda, ödəniləcək vəsaitin 60 faizi "Azərenerji"nin öz vəsaiti hesabına təmin ediləcək. Qalan 40 faiz isə kreditlər vasitəsilə təmin ediləcək".