RƏSMİ

13 Fevral

Prezident bu dövlət qulluqçularını təltif etdi - SİYAHI

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin dövlət qulluqçularının təltif edilməsi haqqında Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Fins.Az AZƏRTAC-a istinadən bildirir ki, dövlət qulluğunda səmərəli fəaliyyətinə görə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin aşağıdakı dövlət qulluqçuları "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif ediliblər:

Allahverdiyeva Amaliya Kərim qızı

İsmayılova Ruhiyyə Həsən qızı

Məmmədova Elnara Xasay qızı

Rüstəmov Rövşən Rüstəm oğlu

Valehov Ceyhun Ağanəzər oğlu.