RƏSMİ

09 Fevral

Hesablama Palatasının builki audit proqramları təsdiq edilib

Hesablama Palatasının 2023-cü ilin İş Planında nəzərdə tutulmuş auditlərlə bağlı proqramları müzakirə olunaraq təsdiq edilib.

Palatadan verilən məlumata görə, bu, qurumun sədri Vüqar Gülməmmədovun rəhbərliyi ilə keçirilən növbəti kollegiya iclasında baş tutub.

İclasda “Maliyyə auditinə dair Təlimat”ın təsdiq edilməsi haqqında qərar qəbul edilib. Eyni zamanda, Hesablama Palatasının 2022-ci ilin İş planı üzrə başa çatdırılmış bir sıra kənar dövlət maliyyə nəzarəti tədbirlərinin nəticələri müzakirə olunaraq təsdiq edilib.