Enerji təhlükəsizliyi, həmçinin milli təhlükəsizlik məsələsidir. Biz yeni marşrutların qurulması və yeni resursların cəlb olunması sahəsində işləyirik. İndi görürük ki, bu, heç vaxt olmadığı qədər vacibdir.
Fins.Az AZƏRTAC-a istinadən bildirir ki, bu fikri Prezident İlham Əliyev fevralın 3-də Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində keçirilən nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclaslarında çıxışında deyib.
"Yaxşı haldır ki, biz hər bir şeyi vaxtında edirik və vaxt itirmədik. Cənub Qaz dəhlizinin icrasında müəyyən yubanmalar oldu. Lakin bütövlükdə biz çalışdıq ki, onu mümkün qədər tez başa çatdıraq. İndi isə biz artıq onun genişləndirilməsi haqqında danışırıq", - deyə dövlətimizin başçısı vurğulayıb.