Rumıniya Prezidentinin bugünkü tədbirdə iştirakı bir daha onu göstərir ki, biz enerji təhlükəsizliyi məsələlərinə böyük diqqət yetiririk.
Fins.Az AZƏRTAC-a istinadən bildirir ki, bu fikri Prezident İlham Əliyev fevralın 3-də Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində keçirilən nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci islaslarında çıxışında deyib.
"Bizim gələcək ümumi addımlarımız iki ölkə arasında əlaqələrində nəticəsində atılacaq. Biz strateji tərəfdaşlarıq", - deyə dövlətimizin başçısı vurğulayıb.