RƏSMİ

01 Fevral

Finlandiya ilə statistika sahəsində əməkdaşlıq haqqında MEMORANDUM TƏSDİQLƏNDİ

Prezident İlham Əliyev "Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi ilə Finlandiya Statistika İdarəsi arasında statistika sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu"nun təsdiq edilməsi barədə Fərman imzalayıb.

Fins.Az AZƏRTAC-a istinadən bildirir ki, Fərmanla 2022-ci il avqustun 5-də Bakı şəhərində və dekabrın 12-də Helsinki şəhərində imzalanmış "Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi ilə Finlandiya Statistika İdarəsi arasında statistika sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu" təsdiq edilib.

- Bu Fərmanın 1-ci hissəsində göstərilən Anlaşma Memorandumu qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi onun müddəalarının həyata keçirilməsini təmin edəcək.

- Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Finlandiya Respublikası Hökumətinə bildiriş göndərəcək.