"Biz İrandakı səfirliyimizin diplomatik fəaliyyətini tamamilə dayandırmışıq".
Fins.Az xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov deyib.
"Orada 5 nəfər səfirliyin inzibati binasının, səfirlik əmlakının və qorunması ilə bağlı müəyyən əməkdaşlar səfirlikdə qalacaqlar, amma onlar diplomatik fəaliyyət göstərməyəcəklər. Əlbəttə Təbrizdə Baş konsulluğumuz var, bu qərar konsulluğun qərarına şamil olunmur", - nazir müavini vurğulayıb.