2022-ci ildə Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə Azərbaycanın dövlət büdcəsinə daxilolmalar 2021-ci illə müqayisədə 30,2 faiz və ya 1,312 milyard manat artıb.
Komitədən verilən məlumata görə, hesabat dövründə daxilolmalar 5,654 milyard manatdan yuxarı olub (2021-ci ildə təqribən 4,434 milyard manat təşkil edib).
Beləliklə, 2022-ci ildə gömrük rüsumlarından dövlət büdcəsinə daxilolmalar 2021-ci illə müqayisədə 17,8 faiz artaraq 1,42 milyard manat təşkil edib.
"ƏDV üzrə daxilolmalar dörd milyard manatı keçib (36,6 faiz artım), aksizlər üzrə isə 3,5 faiz artaraq 168,897 milyon manata çatıb", - Komitədən bildiriblər.
Xatırladaq ki, 2021-ci ildə Dövlət Gömrük Komitəsi dövlət büdcəsinə daxilolmalar üzrə proqnozu 111,29 faiz yerinə yetirib. Dövlət büdcəsinə daxil olan məbləğ proqnozdan 440,37 milyon manat yuxarı olmaqla 4,434 milyard manata çatıb.