2022-ci il ərzində daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsaitlərdə artım 2021-ci illə müqayisədə 13,8% təşkil edib.
Fins.Az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov paylaşım edib.
“Dövlət mülkiyyətində olan təşkilatlar tərəfindən əsas kapitala yönəldilmiş vəsaitlər 17,0%, qeyri-dövlət mülkiyyətində olan təşkilatlar (ABƏŞ istisna olmaqla) tərəfindən əsas kapitala yönəldilmiş investisiyalar 6,3% artıb. Tikinti-quraşdırma işlərinə yönəldilmiş vəsaitlərdə isə 16,7% artım qeydə alınıb”, - deyə paylaşımda bildirilir.