Ötən il vergiödəyicilərinə xidmət mərkəzlərində ümumilikdə 481min 32 şəxs qəbul edilib. Onlara 910 min 986 sayda xidmət göstərilib.
Dövlət Vergi Xidmətindən Fins.Az–a bildirilib ki, bunlardan 241 mindən çoxu şifahi (vergi qanunvericiliyi və inzibatçılığı ilə əlaqədar sualların cavablandırılması), 214 mindən çoxu isə elektron xidmətlər (bəyannamələrin və hesabatların, habelə müxtəlif ərizələrin tərtibatına və elektron formada göndərilməsinə kömək göstərilməsi) olub. İl ərzində göstərilmiş ümumi elektron xidmətlərin 86 faizini 8 xidmət növü təşkil edib.
Həmin dövrdə 5035 vergiödəyicisinin iştirakı ilə 315 görüş keçirilib, 6819 vergiödəyicisinə ünvanlı xidmət göstərilib. Vergiödəyicilərindən daxil olmuş 17,1 mindən çox yazılı müraciət cavablandırılıb, 10 milyona yaxın məlumatlandırma xarakterli müxtəlif növ bildiriş (məktub), vergiödəyicilərinin mobil nömrələrinə 776 mindən artıq SMS göndərilib. Ötən il ümumilikdə 220 min 822 müraciət üzrə 342 min 333 “ASAN İmza” sertifikatı verilib.