Azərbaycanın icmal büdcəsinin gəlirləri ötən il 42 289,5 milyon manat, xərcləri isə 35 061 milyon manat təşkil edib.
Fins.Az Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 15% və 16,9% çoxdur.
Son nəticədə icmal büdcədə 7 228,5 milyon manat qalıq yaranıb. Bu isə 1 il əvvələ nisbətən 6,5 dəfə çoxdur.