RƏSMİ

20 Yanvar

"Monteneqro Azərbaycan qazına çıxış əldə etməkdə maraqlıdır"

Monteneqro Bar limanı vasitəsilə Azərbaycan qazına çıxış əldə etməkdə maraqlıdır.

Fins.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə ölkənin baş naziri Dritan Abazoviç deyib.

O, İon-Adriatik boru kəməri (IAP) layihəsinin reallaşdırılmasının enerji mənbələrinin stabilliyinə və diversifikasiyasına töhfə verəcəyini qeyd edib. Onun sözlərinə görə, bu, Monteneqro və qonşu ölkələrə Xəzər regionu və Qərbi Avropa arasında körpü rolunu oynamağa kömək edəcək.

Baş nazir bu yaxınlarda Azərbaycan və Avropa İttifaqı arasında ölkədən qaz nəqlinin 2027-ci ilədək ikiqat artırılmasını nəzərdə tutan Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumunun imzalanmasını müsbət qarşılayıb.