Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) 31.12.2022 tarixinə olan investisiya portfelinin ölkələrin inkişaf səviyyəsinə görə bölgüsünü açıqlayıb.
Fins.az xəbər veri ki, Fonddan APA-ya verilən məlumata görə, inkişaf etmiş ölkələr üzrə bu göstərici 63,9%, inkişaf etməkdə olan ölkələr üzrə – 16,4%, beynəlxalq maliyyə təşkilatları üzrə isə 7,6% təşkil edib. Sərmayələrin qalan hissəsi (12,1%) qızılın payına düşüb.
Fondun investisiya portfelinin coğrafi regionlar üzrə təsnifatına (beynəlxalq maliyyə təşkilatları üzrə) dünyanın 6 regionu daxildir. Bunların sırasına Şimali Amerika (33,4%), Cənubi Amerika (0,1%), Avropa (29,6%), Yaxın Şərq (0,4%), Avstraliya / Yeni Zelandiya (0,8%) və Asiya / Sakit Okean (16%)
Qeyd edək ki, 31.12.2022 tarixinə ARDNF-nin investisiya portfeli 49 032,71 mln. dollara bərabər olub.