2022-ci il ərzində ölkə əhalisinin gəlirləri əvvəlki ilə nisbətən nominal ifadədə 20,5 faiz artaraq 68 milyard 914,6 milyon manata çatıb.
Fins.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu dövrdə əhalinin hər nəfərinə orta hesabla 6844,9 manatlıq gəlir düşüb. Əhalinin sərəncamında qalan gəlirləri 61 milyard 897,7 milyon manat təşkil edib.