Energetika naziri Pərviz Şahbazov "Yaşıl Hidrogen Sammiti" çərçivəsində “Masdar” şirkətinin stendi ilə tanış olub və şirkətin baş icraçı direktoru Mohamed Jameel Al Ramahi ilə görüşüb.
Fins.az Energetika Nazirliyinin yaydığı məlumata istinadən xəbər verir ki, görüşdə “Masdar” şirkəti ilə 230 MVt gücündə Günəş Elektrik Stansiyası üzrə əməkdaşlığın 10 QVt-lıq külək, günəş və “yaşıl hidrogen” layihələri ilə genişləndirilməsindən məmnunluq ifadə edilib. Hazırda 4 QVt gücündə “yaşıl enerji” layihələrinin həyata keçirilməsi istiqamətində proseslərin sürətləndirilməsinin vacibliyi qeyd edilib.
Pərviz Şahbazov bildirib ki, Avropa 2030-cu ilə kimi 20 mln. ton hidrogen əldə etməyi planlaşdırır. Avropa İttifaqı ilə strateji enerji tərəfdaşlığı çərçivəsində Azərbaycandan bərpa olunan enerji mənbələrindən istehsal ediləcək elektrik enerjisinin, hidrogenin ixracına maraq var. Bu aspektdə, “Masdar” şirkəti ilə layihələrin vaxtında reallaşdırılması mühüm əhəmiyyət kəsb edir.
“Masdar” şirkətinin baş icraçı direktoru Mohamed Jameel Al Ramahi isə Azərbaycanla əməkdaşlığın prioritet olduğunu bildirib və bu meqa layihələrə şirkətin dəstəyini ifadə edib.