2022-ci ildə Azərbaycan dövlət büdcəsinin gəlirləri 30 660,6 milyon manat, xərcləri isə 32 008,3 milyon manat təşkil edib.
Fins.az Dövlıət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2021-ci illə müqayisədə müvafiq olaraq 16,2 % və 16,7 % çoxdur.
Son nəticədə ötən il büdcədə 1 347,7 milyon manat kəsir yaranıb ki, bu da əvvəlki ilə nisbətən 35,6 % çoxdur.